13 
Avq
2018
10:18
27
483
10417
Virtual karabakh

Naxçıvanda atəşkəs pozuldu: əsgərimiz yaralandı

13 Avq, 2018
10:18
10417

Naxçıvanda atəşkəs pozuldu: əsgərimiz yaralandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistan Respublikası Naxçıvan istiqamətində məqsədyönlü şəkildə vəziyyəti gərginləşdirməyə davam edir.

Müdafiə Nazirliyindən Oxu.Az-a bildirilib ki, avqustun 12-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası istiqamətində düşmən tərəfindən atəşkəs rejiminin kobud şəkildə pozulması nəticəsində hərbi qulluqçumuz İsrəfilov Samit Ədalət oğlu yaralanıb.

Hərbi qulluqçuya dərhal tibbi yardım göstərilib, həyati təhlükə yoxdur.

Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan-Ermənistan dövlət sərhədində baş verənlərə görə məsuliyyət tam şəkildə Ermənistan hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Azərbaycan Ordusunun bölmələri dövlət sərhədində əməliyyat şəraitinə tam nəzarət edir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri