13 
Avq
2018
17:57
277
70
9915
Virtual karabakh

Eldar Sultanov: Ölən əsgərin atası Baş Prokurorluqda qəbul edilib

13 Avq, 2018
17:57
9915

Eldar Sultanov: Ölən əsgərin atası Baş Prokurorluqda qəbul edilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində dünyasını dəyişmiş əsgər Fəhmin Əbilovun atası Əbilov Akif Səməd oğlu bu gün Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralov tərəfindən qəbul edilib.

Bunu Oxu.Az-a açıqlamasında Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib.

Onun sözlərinə görə, ölən əsgərin atası bu gün Zakir Qaralov tərəfindən qəbul edilib:

“Hazırda cinayət işi üzrə Respublika Hərbi Prokurorluğunda zəruri istintaq tədbirləri davam etdirilir. Bir neçə gün ərzində istintaqın gedişatı barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.

İlhamə Əbülfət
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri