15 
Avq
2018
18:42
351
44
6907
Virtual karabakh

Rusiya ilə sərhəddə yeni hərbi kompleks istifadəyə verildi - FOTO

15 Avq, 2018
18:42
6907

Rusiya ilə sərhəddə yeni hərbi kompleks istifadəyə verildi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dövlət Sərhəd Xidmə­ti­nin (DSX) sərhəd qoşunlarının “Xu­dat” sər­həd dəs­təsinin “Yuxarı Tahircal” sərhəd zastavası kom­pleksi xidməti istifadəyə verilib.

DSX-dən Oxu.Az-a verilən məlumata görə, mərasimdə DSX-nin rəisi general-polkovnik Elçin Qu­li­yev Xidmə­tin bütün hərbi hissə və bölmə­lərində şəxsi heyət üçün yüksək xid­mət və məi­şət şəraitinin yaradıldığını qeyd edib.

Mərasimdə Prezident, Silahlı Qüv­və­lərin Ali Baş Ko­­man­­da­nı İlham Əliyevin “Xudat” sərhəd dəstə­sinə dörd dəfə səfər etmə­­sinin şəxsi heyətdə bö­yük ruh yüksəkliyi ya­rat­ması, hər bir sərhədçiyə qürur və şərəfli anlar yaşatması xüsusi vur­ğulan­ıb.

Tədbirdə xidməti fəaliyyətlərində yüksək nəticələr göstərmiş hərbi qulluq­çulara dövlət təltifləri təqdim olunub.

Müasir tələblərə ca­vab verən sərhəd zas­ta­vasında şəx­si heyət üçün lazımi məişət şəraiti olan yataqxana, yemək­xana, is­ti­ra­hət və xüsusi təyinatlı otaq­lar, təlim şəhərciyi, anbarlar, mərkəzləş­dirilmiş istilik və işıqlandırma sistemləri, ha­mam-cama­şırxana, idman şəhərciyi, zabit və gizir ailələri üçün inşa olunmuş, me­­bel və avadan­lıq­larla təmin edilmiş mənzil­lər və digər tikililər sərhədçilərin istifa­də­si­nə verilib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri