17 
Avq
2018
18:37
280
21
4650
Virtual karabakh

Helikopter bölmələrinin taktiki-uçuş məşqləri keçirilib – FOTO/VİDEO

17 Avq, 2018
18:37
4650

Helikopter bölmələrinin taktiki-uçuş məşqləri keçirilib – FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi döyüş hazırlığı planına əsasən Hərbi Hava Qüvvələri (HHQ) helikopter bölmələrinin taktiki-uçuş məşqləri keçirilib.

Oxu.Az Müdafiyə Nazirliyin rəsmi saytına istinadan xəbər verir ki, aviasiya vasitələrinin ümumqoşun hissələrinə havadan atəş dəstəyinin həyata keçirilməsi üzrə tapşırıqlar icra edilib.

Məşqlərin praktiki hissəsində bazalanma aerodromlarından uçuşlar edən helikopterlər poliqonlarda şərti düşmənin yer hədəflərini döyüş atışları ilə məhv ediblər.

Taktiki-uçuş məşqləri zamanı qarşıya qoyulan tapşırıqlar helikopter ekipajları tərəfindən müvəffəqiyyətlə yerinə yetirilib.

Döyüş atışlarının nəticələri yüksək qiymətləndirilib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri