21 
Avq
2018
16:53
416
67
6957
Virtual karabakh

Bakı Minskə yeni silahlar sifariş edəcək - ŞƏRH

21 Avq, 2018
16:53
6957

Bakı Minskə yeni silahlar sifariş edəcək - ŞƏRH

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Nəcməddin Sadıkovun Belarusa səfəri yeni silahların sifarişi ilə yanaşı, “Polonez” kimi silahların texniki xidmət məsələlərinin müzakirəsi məqsədləri daşıya bilər.

Bu fikirləri Oxu.Az-a açıqlamasında Q.V.Plexanov adına Rusiya İqtisadi Universitetinin politologiya və sosiologiya kafedrasının dosenti Aleksandr Perenciyev deyib. 

Onun sözlərinə görə, ümumiyyətlə, səfər zamanı yalnız Azərbaycan – Belarus hərbi-iqtisadi layihələri barəsində danışılmayacaq, bu sahədə müxtəlif institutların formalaşması, xüsusən, Belarus və Azərbaycan arasında hərbi-texniki sahədə əməkdaşlıq barədə sazişin imzalanması, birgə hərbi-texniki komissiyanın yaradılması, hərbi-texniki informasiyaların mübadiləsi mövzuları müzakirə ediləcək. 

Perenciyev əlavə edib ki, hətta rəsmi Bakı ilə Minsk arasında hazırda istənilən səviyyədə olmayan qarşılıqlı hərbi-diplomatik əlaqələrin genişlənməsi də mümkündür.

“Burada Rusiya hərbi rəhbərliyinin Qərb və digər ölkə nümayəndələri ilə görüş üçün danışıqlar meydançası barədə Minsk və Bakı razılığa gələ bilər”, - ekspert qeyd edib. 

O qeyd edib ki, güman etmək olar ki, Azərbaycan tərəfi Belarus istehsalı olan “Peçora-2TM” С-125-2ТМ zenit-raket kompleksi, “Osa-AK” və “Osa-AKM” özüyeriyən zenit kompleksləri, “Moskit” TQM 3T maşınları, “Kivi” radioelektron mübarizə kompleksi, “ADUNOK” müşahidə-atəş kompleksi, “Skif” və “Şerşen” tank əleyhinə raketləri ilə maraqlana bilər. 

Azərbaycan müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıkov avqustun 21-də Minskə rəsmi səfərə gedib. Səfərin təfərrüatı açıqlanmır. 

Ə.Ş.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri