15 
Sen
2018
17:50
906
81
20625
Virtual karabakh

Bakıda möhtəşəm hərbi parad başa çatdı – VİDEO + YENİLƏNİB

15 Sen, 2018
17:50
20625

Bakıda möhtəşəm hərbi parad başa çatdı – VİDEO + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Bakıda keçirilən möhtəşəm hərbi parad başa çatıb.

Oxu.Az xəbər verir ki, dövlət başçıları İlham Əliyev Rəcəb Tayyib Ərdoğanın çıxışlarından sonra Bakı Qarnizonunun şəxsi heyətinin təntənəli keçidi başlanıb.

Meydana Türkiyə Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları, Əməliyyat İmkanları Konsepsiyası və Əməliyyat Ehtiyatları taborlarını təmsil edən parad heyəti, Xüsusi Təyinatlı Qüvvələrin və Dəniz Piyadaları bölmələrinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının hərbi qulluqçuları daxil olublar.

Daha sonra Bakı Qarnizonunun birlik, birləşmə və hərbi hissələrinin xüsusi texnikaları və silah sistemlərinin keçidi olub.

Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçuları Osmanlı Türkiyəsi və Azərbaycanın milli hərbi qüvvələri əsasında təşkil edilmiş Qafqaz İslam Ordusunun süvari və piyadalarının qiyafəsində, hər iki ölkənin dövlət bayraqları altında tribuna önündən keçiblər.

Azadlıq meydanı üzərindən Azərbaycan Respublikası Hərbi Hava Qüvvələrinin döyüş helikopterləri və təyyarələrinin uçuşu baş tutub.

Hərbi Hava Qüvvələrinin uçuş nümayişini “Mi-17” tipli iki helikopter açdı. Birinci helikopter Azərbaycan Respublikasının dövlət bayrağını, ikinci helikopter isə Türkiyə Respublikasının dövlət bayrağını aparıb.

“Su-25” hücum təyyarələri Bakı səmasında Azərbaycan Respublikasının dövlət bayrağının təsvirini yaradıblar.

Ordumuzun “Miq-29” təyyarəsi yüksək pilotaj fiqurları nümayiş etdirib.

Sonra Türkiyə Silahlı Qüvvələrinin “Türk Ulduzları”nın uçuşları başlayıb.

Tədbirin sonunda türkiyəli şahinlər Azadlıq meydanı üzərində yüksək məharətlərini nümayiş etdirdilər, Azərbaycanın və Türkiyənin dostluğunun, qardaşlığının və qəlb birliyinin rəmzi olan ürək şəkli çəkiblər.

15:19

Sentyabrın 15-də Azərbaycanın paytaxtında Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş parad keçirilir.

Oxu.Az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və birinci xanım Mehriban Əliyeva paradda iştirak edirlər.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan və Türkiyə prezidentlərinə raport verib.

Dövlət başçıları əsgərləri salamlayıblar.

Hərbi orkestr Türkiyənin və Azərbaycanın dövlət himnlərini ifa edib.

“Çırpınırdın Qara dəniz” və “Azərbaycan” mahnıları səsləndirilib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri