17 
Sen
2018
15:43
42
216
7896
Virtual karabakh

ABŞ arxivlərində gizli erməni dosyeləri: onlar başkəsəndir…

17 Sen, 2018
15:43
7896

ABŞ arxivlərində gizli erməni dosyeləri: onlar başkəsəndir…

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Amerika kəşfiyyatı 1920-ci ilin dekabrında Türkiyənin Qars bölgəsindəki ixtişaşlardan sonra 3300 epizoddan ibarət 14 səhifəlik sənəd hazırlayıb. Sənəd hazırda ABŞ Konqresinin Kitabxanasının əlyazmalar bölməsində saxlanılır.

Oxu.Az xəbər verir ki, bu illərdə ermənilər yaşından və cinsindən asılı olmayaraq, əliyalın bütün dinc sakinləri qılıncdan keçiriblər.

Onlar Ərzurumda və Qarsda əsl soyqırım törədiblər. Genocide.preslib.az məlumat verir ki, erməni quldur dəstələri Ərzincandan Qarsa qədər olan ərazidəki bütün erməni kəndlərini dağıdıblar. 

Qars vilayətində ermənilər tərəfindən kütləvi qırğınların qarşısı 1920-ci ilin oktyabrında türk ordusu tərəfindən alınıb. Bununla bağlı məlumat Tarix İnstitutunun elmi işçisi Nazim Mustafanın “Türkiyədə qırğın” adlı məqaləsində verilib. 

Oxu.Az 1920-ci il dekabrın 25-də admiral Mark Bristola göndərilmiş ABŞ kəşfiyyatçılarının bəzi yazışmalarını təqdim edir:

“Türklər Qarsa daxil oldu, ermənilər isə müqavimət göstərmədən qaçdılar. Erməni əsgərlərin çoxu silahlarını atmış, əynindəki formalarını soyunmuş və evlərdə, uşaq bağçalarında gizlənmişdilar...”, - kəşfiyyat məlumatlarında deyilir. 

“Türklər gələn kimi ermənilər kütləvi şəkildə qaçmağa başladılar. Hətta qorxaq silahlı əsgərlər uşaq çarpayılarında gizlənirdilər. Onlar silahsız türklərə təslim olurdular. Həmin əsgərlər dərhal digər silahdaşlarını satırdılar”, - ABŞ kəşfiyyatının Qarsdan göndərilmiş məlumatında bildirilir (tallarmeniantale.com).

Qars Müsəlman Şurasının məlumatına əsasən, 1919-cu ilin avqustunadək Qarsda 70, Kağızmanda 50, Kelada 30 müsəlman kəndi tamamilə yerlə-yeksan edilib, minlərlə insan öldürülüb. 

Ə.Ş.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri