19 
Sen
2018
14:13
28
227
18669
Virtual karabakh

Rusiya XİN Ermənistanın Azərbaycana müharibə elan etməsi barədə

19 Sen, 2018
14:13
18669

Rusiya XİN Ermənistanın Azərbaycana müharibə elan etməsi barədə

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dağlıq Qarabağ münaqişəsi güc tətbiq olunmadan həll edilməlidir.

Oxu.Az-ın xəbərinə görə, bunu Trend-in Ermənistan parlamentinin “Şant-2018” komanda-qərargah təlimləri çərçivəsində Azərbaycana şərti müharibə elan etməsi qərarının münaqişənin həlli prosesinə təsiri barədə sorğusuna cavab olaraq Rusiya Xarici İşlər Nazirliyindən (XİN) bildiriblər.

“Biz dəfələrlə vurğulamışıq ki, Dağlıq Qarabağ münaqişəsi güc tətbiq olunmadan, yalnız sülh yolu ilə həll edilməlidir. Bununla əlaqədar olaraq tərəflərin diqqətini 2017-ci ilin oktyabrında Cenevrədə əldə olunmuş razılığa əsaslanan danışıqlar prosesinin fəallaşdırılmasına yönəltməsini daha aktual hesab edirik”, - deyə XİN-dən bildiriblər.

Qeyd edək ki, Ermənistan parlamenti “Şant-2018” komanda-qərargah təlimləri çərçivəsində Azərbaycana şərti müharibə elan etmişdi. Müvafiq məlumat parlamentin saytında yerləşdirilmişdi.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri