21 
Sen
2018
12:30
158
29
4657
Virtual karabakh

Zakir Həsənovun qadın hərbçilərlə bağlı referenti vəzifəsi yaradılır - FOTO

21 Sen, 2018
12:30
4657

Zakir Həsənovun qadın hərbçilərlə bağlı referenti vəzifəsi yaradılır - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın müdafiə naziri Zakir Həsənov NATO baş katibinin müavini Rouz Qotemöllerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, Azərbaycan-NATO əlaqələrinin uğurla inkişaf etdiyini vurğulayan nazir qeyd edib ki, Alyansın Cənubi Qafqazda təhlükəsizliyə dair tutduğu prinsipial mövqeyi  regional sülh və sabitlik üçün mühüm əhəmiyyət kəsb edir.

Regiondakı hərbi-siyasi vəziyyətə toxunan general-polkovnik Z.Həsənov Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü, eləcə də beynəlxalq hüququn normaları və prinsipləri çərçivəsində həllinə nail olunmasının vacibliyini vurğulayıb.

Görüşdə həmçinin BMT Təhlükəsizlik Şurasının “Qadın, Sülh və Təhlükəsizik” üzrə 1325 saylı Qətnaməsi müzakirə olunub.

Azərbaycan ordusunda 10 mindən artıq qadının xidmət etdiyini bildirən Z. Həsənov yaxın zamanlarda Müdafiə nazirinin qadın hərbi qulluqçular və mülki işçilərin problemlərinin həlli üzrə referenti vəzifəsinin təsis edilməsi nəzərdə tutulduğunu da diqqətə çatdırıb.

Öz növbəsində R.Qotemöller Azərbaycanın NATO-nun etibarlı tərəfdaşı olduğunu, terrorizmlə mübarizədə iştirakını, sülhməramlı əməliyyatlar üçün yük daşımalarına, o cümlədən sülhməramlılarımızın Əfqanıstanda keçirilən əməliyyatlar çərçivəsində beynəlxalq təhlükəsizliyə verdiyi töhfələri yüksək qiymətləndirib və Azərbaycan tərəfinə minnətdarlığını bildirib.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri