21 
Sen
2018
18:08
218
92
3341
Virtual karabakh

Azərbaycanla Rusiya arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

21 Sen, 2018
18:08
3341

Azərbaycanla Rusiya arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sentyabrın 21-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov ilə görüşüb.

Bu barədə Oxu.Az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
  
Səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən Müdafiə naziri ona Azərbaycan ilə Rusiya arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlar arzulayıb.

Müdafiə naziri Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin bir çox istiqamətlərdə olduğu kimi hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində də uğurla inkişaf etdiyini vurğulayıb. Azərbaycan-Rusiya əlaqələrinin zəngin tarixə malik olduğunu deyən general-polkovnik Z.Həsənov bunun gələcəkdə də uğurla inkişaf edəcəyinə əminliyini bildirib.

Ölkəmizdə səfir kimi fəaliyyətə başlamasından məmnun olduğunu bildirən diplomat Azərbaycan-Rusiya əlaqələrinin, xüsusilə hərbi sahədə əməkdaşlığın inkişafı üçün səylərini əsirgəməyəcəyini deyib.

Görüşdə regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri