25 
Sen
2018
10:28
216
25
5052
Virtual karabakh

Zakir Həsənov “ADEX-2018”də - FOTO

25 Sen, 2018
10:28
5052

Zakir Həsənov “ADEX-2018”də - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Silahlı Qüvvələrin baş qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıxov “ADEX-2018” 3-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinə baş çəkiblər. 

Oxu.Az xəbər verir ki, hərbi strukturun rəhbərləri sərgidəki müxtəlif stendlərlə tanış olublar. 

Azərbaycan prezidentinin Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi, şöbə müdiri Fuad Ələsgərov dövlət başçısının iştirakçılara müraciətini oxuyub. 

Qeyd edək ki, bu gün Bakıda “ADEX-2018” 3-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi öz işinə başlayıb. 

Sentyabrın 25-dən 27-dək Bakı Ekspo Mərkəzində keçiriləcək sərgidə 29 ölkədən 224 şirkət iştirak edəcək. 

Ə.Ş.
FOTO: Ramil Zeynalov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri