25 
Sen
2018
15:48
202
80
3979
Virtual karabakh

Rusiya zavodu doqquzuncu ildir ki, Azərbaycana paraşüt tədarük edir

25 Sen, 2018
15:48
3979

Rusiya zavodu doqquzuncu ildir ki, Azərbaycana paraşüt tədarük edir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın İvanovsk bölgəsində yerləşən “Polet” paraşüt zavodu “ADEX-2018” silah sərgisində müasir paraşüt texnikasını nümayiş etdirir. 

Bu fikirləri Oxu.Az-a açıqlamasında zavodun kommersiya direktoru Dmitri Qluşkov deyib. 

Onun sözlərinə görə, bu müəssisə 95 ildir fəaliyyət göstərir və hazırda Rusiyada paraşüt texnikasının istehsalı üzrə liderdir. 

Qluşkov qeyd edib ki, zavod paraşüt və paraşüt texnikalarının satışı üzrə Azərbaycanla artıq doqquz ildir ki, əməkdaşlıq edir. 

“Biz Azərbaycanın müxtəlif güc strukturlarına öz məhsullarımızı satırıq”, - direktor deyib.

ADEX - genişmiqyaslı tədbir regionda ən böyük silah və hərbi texnika ekspozisiyalarından biridir. Bu tədbir müasir silah və avadanlıqların, Azərbaycanın müdafiə sənayesi kompleksinin güc və qüdrətinin nümayişidir. 

Azərbaycan, Belarus Respublikası, Fransa, İsrail, Pakistan, Rusiya, Serbiya, Türkiyə, Ukrayna və digər ölkələr “ADEX 2018” sərgisində öz milli qrupları ilə çıxış edirlər.  Bu il bir çox ölkə öz milli ekspozisiyasının sahəsini daha da genişləndirib. Belə ki, 2016-cı illə müqayisədə, Türkiyənin bron etdiyi ekspozisiya sahəsi 30% daha böyükdür. Həmçinin, iştirakçılar arasında Bolqarıstan, Çin, İtaliya, Litva, Niderland Krallığı və digər ölkələrin müdafiə sektorunu təmsil edən aparıcı şirkətlər yer alır.

Ə.Ş.
FOTO: Ramil Zeynalov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri