11 
Okt
2018
15:47
23
183
5582
Virtual karabakh

Paşinyan Qarabağ danışıqlarında formatın dəyişdirilməsi barədə

11 Okt, 2018
15:47
5582

Paşinyan Qarabağ danışıqlarında formatın dəyişdirilməsi barədə

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesinin formatının dəyişdirilməsi məsələsini gündəmə gətirməyib və gətirməyəcək. 

Oxu.Az erməni KİV-ə istinadla xəbər verir ki, bu fikirləri Ermənistan baş naziri Nikol Paşinyan “France 24”ə müsahibəsində deyib. 

“Danışıqlar prosesi ATƏT-in Minsk qrupunun həmsədrləri formatında davam etməlidir”, - Paşinyan bildirib. 

Baş nazir Azərbaycan prezidenti ilə MDB sammiti çərçivəsində keçirdiyi görüşə diqqət yetirib. Paşinyan qeyd edib ki, Azərbaycan prezidenti ilə nəinki Dağlıq Qarabağ münaqişəsinin həlli variantını, həmçinin sülh yolu ilə həllinə nail olmaq üçün zəruri mühitin yaradılmasını müzakirə edib. 

“Biz təmas xəttində gərginliyi azaltmaq üçün bəzi problemin həlli ilə bağlı razılaşdıq”, - Paşinyan qeyd edib.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri