15 
Okt
2018
20:18
33
12
5448
Virtual karabakh

Müdafiə Nazirliyi Daşkənd görüşü xəbərini təkzib etdi

15 Okt, 2018
20:18
5448

Müdafiə Nazirliyi Daşkənd görüşü xəbərini təkzib etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

MDB müdafiə nazirlərinin Daşkənddə keçirilən 75-ci iclasında Azərbaycan və Ermənistan müdafiə nazirləri arasında heç bir görüş olmayıb.

Oxu.Az xəbər verir ki, bu barədə AZƏRTAC-a Azərbaycan Müdafiə Nazirliyindən bildiriblər:

“Bir daha bəyan edirik ki, iddia olunduğu kimi nə bağlı qapılar arxasında, nə də ümumiyyətlə belə bir danışıqlar keçirilməyib. Bu kimi iddiaları qəti surətdə təkzib edir və bildiririk ki, yayılan xəbərlər tamamilə yalandır, həqiqətə uyğun deyil”.

Qeyd edək ki, son günlər bir sıra xarici KİV-də MDB müdafiə nazirlərinin Daşkənddə keçirilmiş 75-ci iclasında müzakirə edilən məsələlər barədə həqiqəti əks etdirməyən müxtəlif fikirlər səsləndirilirdi, o cümlədən guya Rusiya müdafiə nazirinın təşəbbüsü ilə Azərbaycan və Ermənistan müdafiə nazirləri arasında Dağlıq Qarabağ münaqişəsinin həllinə dair görüşün keçirildiyi iddia edilirdi.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri