27 
Okt
2018
18:02
59
496
9824
Virtual karabakh

Ermənistan ABŞ silahlarını almaq istəyir

27 Okt, 2018
18:02
9824

Ermənistan ABŞ silahlarını almaq istəyir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Vaşinqton tərəfindən sərfəli təklif gəlsə, Ermənistan Amerika silahlarının alınmasını müzakirə edə bilər. 

Oxu.Az erməni KİV-ə istinadla xəbər verir ki, bu fikirləri Ermənistanda baş nazir vəzifələrini müvəqqəti icra edən Nikol Paşinyan deyib. 

“Hakimiyyət heç nə ilə məhdudlaşmayıb. Əgər sərfəli təklif olsa, biz müzakirə edəcəyik”, - o bildirib. 

Xatırladaq ki, bir neçə gün əvvəl bu ölkəyə səfər edən ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Yerevanda erməni hökumətinə Rusiya silahları əvəzinə Amerika silahlarını almağı təklif edib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri