29 
Okt
2018
16:31
18
320
7401
Virtual karabakh

Veteran: Zəngilandan olan onlarla uşaq Arazı keçmək istəyərkən boğulub

29 Okt, 2018
16:31
7401

Veteran: Zəngilandan olan onlarla uşaq Arazı keçmək istəyərkən boğulub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan xalqı ideoloji cəhətdən Qarabağ müharibəsinə hazır deyildi. Ordu da daxil olmaqla hər şey müharibə vaxtı yaradıldı.

Bu fikirləri Oxu.Az-a açıqlamasında Qarabağ müharibəsi veteranı, bloqer Kamal Əli deyib. 

Müsahibimiz bildirib ki, onun yaşıdlarının əksəriyyəti həqiqi Qarabağ tarixini yalnız SSRİ dağılandan sonra öyrəniblər.

25 il əvvəl, 1993-cü il oktyabrın 29-da Azərbaycanın Zəngilan rayonu tamamilə işğal edilib və dağıdılıb. İşğal olunmuş Zəngilan rayonu ərazisində çoxlu sayda tarixi abidələr yerləşirdi: Hacallı kəndində - Dairəvi bürc, Məmmədbəyli kəndində - Səkkizgüşəli günbəz (1304-1304) və başqaları. 

Kamal Əlinin sözlərinə görə, erməni birləşmələri Qubadlı və Cəbrayıl rayonlarını ələ keçirdikdən sonra Zəngilanı mühasirəyə alıb. 

“67 gün mühasirə altında olan Zəngilanda döyüşlər gedib, 325 yerli sakin və hərbçi şəhid olub. Sakinlər və qalan hərbçilər rayonu Araz çayından keçərək, İran vasitəsilə tərk edə bildilər. Əgər İran sərhədi vaxtında açılmasaydı, burada ikinci Xocalı soyqırımı baş verə bilərdi”, - veteran bildirib. 

Onun sözlərinə görə, uzaq tarixdə səbəbləri axtarsaq, məlum olur ki, ermənilərin “qələbəsi”nə Zəngilanla qonşuluqda yerləşən (XX əsrin əvvəllərinədək – red.) Zəngəzur rayonunda 33 Azərbaycan kəndinin məhvinə rəhbərlik edən Njde tərəfindən yaradılmış zorakı ideologiyanın davam etdirilməsi gətirib çıxarıb. 

“İndi Yerevanda Zəngəzur soyqırımına “haqq qazandırırlar” ki, 33 kənddə kütləvi qətllər Ermənistana İranla sərhəd olmaq üçün lazım idi. 1990-cı illərdə isə Dağlıq Qarabağı Ermənistana birləşdirmək asan olsun deyə Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər işğal edildi və dağıdıldı. Onlar o zaman kütləvi qətlləri rahat yaşamaqları üçün həyata keçirirdilər. Ermənilər rahat həyat tərzi əldə etmək üçün başqa yol tanımırlar”, - Kamal Əli bildirib.  

Veteran qeyd edib ki, Zəngilan sakinləri olan qadınlar, uşaqlar və qocalar yurdlarından qaçan zaman Araz çayını keçməli olurdular. 

“Şahidlərin sözlərinə görə, bu zaman onlarla uşaq və qoca çayda boğuldu. Qalanları isə digər sərhədə yük avtomobillərində və traktorlarda keçə bildilər”, - Kamal Əli əlavə edib. 

Ə.Ş.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri