13 
Noy
2018
10:37
8
185
2831
Virtual karabakh

Anjey Kaspşik cəbhədə monitorinq keçirəcək

13 Noy, 2018
10:37
2831

Anjey Kaspşik cəbhədə monitorinq keçirəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, noyabrın 14-də Füzuli rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

Bu barədə Oxu.Az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Mixail Olaru, Saymon Tiller və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun (YSPQ) nümayəndəsi, polkovnik-leytenant Aleksandr Nepokrıtıx keçirəcəklər.

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, onun səhra köməkçiləri Genadi Petrika, Oqnyen Yoviç və YSPQ-nin rəhbəri, polkovnik-leytenant Harri Okoner aparacaqlar.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri