17 
Noy
2018
11:19
20
242
7230
Virtual karabakh

Paşinyan Lukaşenkodan izahat tələb edəcək

17 Noy, 2018
11:19
7230

Paşinyan Lukaşenkodan izahat tələb edəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistanın baş naziri vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyan Belarus prezidenti Aleksandr Lukaşenkodan izahat tələb edəcək.

Oxu.Az-ın “REGNUM” nəşrinə istinadən xəbərinə görə, noyabrın 12-də Lukoşenkonun Azərbaycanın Belarusdakı səfiri ilə görüşdə Ermənistanın eyni zamanda həm KTMT, həm də Avrasiya İqtisadi İttifaqında sədrliyin öhdəsindən  gələcəyinə şübhə etdiyini bildirməsi Paşinyanın narazılığına səbəb olub.

Paşinyan jurnalistlərlə  görüş zamanı bildirib ki, Belarus prezidenti Aleksandr Lukaşenko Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) qapalı iclasında edilmiş müzakirələrin təfərrüatı barədə bu ittifaqa daxil olmayan ölkələrin nümayəndələri ilə danışmamalı idi.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri