20 
Noy
2018
14:28
199
23
6676
Virtual karabakh

Ermənistanda dramın devalvasiyası və qalmaqallı həbslər gözlənilir - RƏY

20 Noy, 2018
14:28
6676

Ermənistanda dramın devalvasiyası və qalmaqallı həbslər gözlənilir - RƏY

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistandakı siyasi vəziyyət bu ilin sonunda baş tutacaq parlament seçkilərindən sonra bəlli olacaq. Lakin ənənəvi gərginlik qalmaqda davam edəcək. Müxalifətin müntəzəm mitinqlər keçirəcəyi gözlənilir.

Bu fikirlər Oxu.Az-a açıqlama verən azərbaycanlı siyasi icmalçı Zeynal Əmralıyevə aiddir.

Ekspert 2019-cu ildə Ermənistanda gözlənilən siyasi, iqtisadi amillər barəsində proqnozlar verib:

“Siyasi vəziyyətin necə olacağı daha çox bu ilin sonundakı parlament seçkilərinin nəticələrindən sonra müəyyən olacaq. Ancaq ənənəvi gərginlik davam edəcək. Müxalifətin aramsız mitinqləri gözləniləndir.

Paşinyan əgər seçkidə qalib gəlib hakimiyyətdə qala bilsə belə, onu heç də asan bir il gözləmir. Belə düşünürəm ki, əgər mövcud iqtidar seçkinin qalibi olarsa, müxalifəti yox etməyə çalışacaq və onların üzərinə güclü hücuma keçəcək. Hətta Robert Koçaryan və Yuri Xaçaturov kimi məşhur simaların belə yenidən həbsi mümkündür”.

Siyasi icmalçı deyib ki, Paşinyana qarşı Moskva güclü bir daxili müxalifət yaratmaq fikrindədir:

“Parlamentdə Paşinyanın qarşısındakı ən sərt müxalifətin isə “Çiçəklənən Ermənistan” Partiyası olacağı şübhəsizdir. Bu ilin sonunda və gələn ilin əvvəllərində ölkədə daxili siyasi vəziyyətin gərgin olacağı gözləniləndir.

Əgər Nikol Paşinyana qarşı güclü narazılıq yaranarsa, prezident Armen Sarkisyan ölkədə vəziyyətə nəzarəti əlinə ala bilər. Narazılıqlar fonunda baş nazir güclü hakimiyyət qura bilməsə, ölkədə prezidentin rolu bir qədər güclənə bilər”.

Onun sözlərinə görə, iqtisadi vəziyyətə gəldikdə, hazırkı böhran şəraiti daha da artacaq. Çünki artıq Qərbdəki erməni diasporu və Rusiyadan maliyyə axını bir qədər zəifləyib:

“Dağlıq Qarabağdakı qondarma rejim indiki hökumətlə əməkdaşlıq etmir və Yerevandakı hökumətə tabe olmaqdan boyun qaçırır. Hər kəsə bəllidir ki, Serj Sarqsyan və Robert Koçaryanın simasında Qarabağ klanının iqtidarının əsas maliyyə mənbəyi separatçı rejimin qeyri-leqal yollarla əldə etdiyi pullar idi. Ancaq Paşinyan hökuməti bu pullardan da məhrum olub. Çünki separatçılar açıq-aşkar müxalifətə üstünlük verirlər.

Paşinyan gələn il də bütün ümidini Qərbdən gələcək dəstəyə bağlayacaq. Qərb iş adamlarının isə Rusiyanın tam təsir dairəsində olan bir ölkəyə investisiya qoyacağı heç inandırıcı deyil. Ümumilikdə belə düşünürəm ki, gələn il Ermənistan üçün iqtisadi cəhətdən çox çətin və fəlakətli bir il olacaq. Hətta dramın devalvasiyası belə gözləniləndir. Çünki mövcud hökumət dramın kursunu sabit saxlamaqda acizlik göstərir”.

Ə.Ş.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri