26 
Noy
2018
16:13
11
111
4932
Virtual karabakh

Yerevanın siyasi avantürası və Saakyanın səfərinin təfərrüatı - BAKIDAN BAXIŞ

26 Noy, 2018
16:13
4932

Yerevanın siyasi avantürası və Saakyanın səfərinin təfərrüatı - BAKIDAN BAXIŞ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Erməni separatçılarının lideri Bako Saakyanın üç həmsədr ölkəyə (Fransa, ABŞ və Rusiya) səfəri qoşunların təmas xəttindəki vəziyyətə pis təsir edə bilər. 

Bu fikirləri Oxu.Az-a açıqlamasında deputat Aydın Mirzəzadə deyib. 

Onun sözlərinə görə, erməni tərəfi təmas xəttində təxribata başlaya bilər.

“Təbii ki, Azərbaycan istənilən nəticəyə doğru vəziyyətin inkişafına hazırdır və bütün təxribat və ya basqınlara layiqli cavab verəcək. Ancaq burada məsələ tək bu deyil”, - Milli Məclisin deputatı bildirib. 

O əmindir ki, bu, Yerevanın siyasi avantürasıdır, və Ermənistanın müxtəlif diaspor dairələri tərəfindən təşkil edilib.

“Onlar bu separatçı hərəkatı bərpa etmək istəyirlər. Aydındır ki, onlar separatçıları Qarabağ danışıqlarının tamhüquqlu iştirakçısı etmək istəyirlər. Ancaq bu faktı nəzərə almaq lazımdır ki, Bako Saakyan bu üç səfəri rəsmi xətlə həyata keçirməyib. Lakin separatçıların liderinin həmsədr ölkələrin paytaxtlarında görünməsi fakt olaraq qalır. Səfərlə bağlı icazə hər üç ölkə tərəfindən verilib, bu, Saakyana öz çıxışlarında əminlik verib və o, Bakıya qarşı həyasızcasına iradlar bildirib”, - müsahibimiz qeyd edib. 

O əlavə edib ki, rəsmi Bakı artıq bu məsələ ilə bağlı həmsədr ölkələrdən izahat tələb edib.

Azərbaycanlı politoloq Elxan Şahinoğlu da Oxu.Az-a açıqlamasında bu məsələni şərh edib. 

Onun fikrincə, erməni separatçılarının lideri Bako Saakyanın ard-arda üç həmsədr dövlətə (Fransa, ABŞ və Rusiya) səfərə dəvət edilməsi təsadüfi deyil. Bu üç dövlətin həmsədrləri bir müddət əvvəl bölgədə olmuşdular, Xankəndidə Bako Saakyanla da görüşmüşdülər.

“Mümkündür ki, bu görüş zamanı onun gələcək səfərləri barədə fikir mübadiləsi aparılıb. Sadəcə, Bako Saakyanın üç dövlətə dəvət edilməsi həmsədrlərin nəyinə lazımdır? Söhbət Bako Saakyanın mövqeyinin öyrənilməsindən gedirsə, onsuz da Xankəndidə onunla görüşüb istəklərini dinləyirlər”, - ekspert bildirib.

O əmindir ki, bu səfərlərin arxasında Azərbaycan üçün başqa təhlükəli tendensiya gizlənir. 

“Həmsədr dövlətlər separatçıların liderini Paris, Vaşinqton və Moskvaya dəvət etməklə bizə onu tərəf kimi sırımağa çalışırlar. Beləcə, həmsədrlər Ermənistan hakimiyyətinin illərdir bizə qəbul etdirməyə çalışdıqları mexanizmi işə salmaq istəyirlər. Elə Ermənistanın hazırkı baş naziri Nikol Paşinyanın da istəyi budur. Bu tələdən çıxış yolu tapmalıyıq”, - politoloq deyib.

Müsahibimizin sözlərinə görə, əslində, bu işlə birbaşa Prezident Administrasiyası yanında Strateji Araşdırmalar Mərkəzi məşğul olmalı, müxtəlif ssenarilər və təkliflər hazırlamalıdır.

Ə.Ş.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri