30 
Noy
2018
14:12
110
26
8630
Virtual karabakh

Ekspert: “Su-30SM” ermənilər üçün “bahalı oyuncaq”dır

30 Noy, 2018
14:12
8630

Ekspert: “Su-30SM” ermənilər üçün “bahalı oyuncaq”dır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son vaxtlar Ermənistanın Rusiyadan “Su-30SM” çoxməqsədli qırıcılarını alması məsələsi gündəmdədir.

Ermənistan yüksək rütbəli hərbçiləri, o cümlədən müdafiə naziri David Tonoyan bununla bağlı danışıqların getdiyini təsdiqləyib. Ermənistan baş nazirinin vəzifələrini icra edən Nikol Paşinyan hətta bununla əlaqədar Gümrüdəki Rusiyanın 102-ci bazasında “Su-30SM” qırıcısının kabinəsində şəkil də paylaşıb. Amma bu, həqiqətən, belədirmi?!

Erməni mediası qırıcıların alınması ehtimalı faktını şişirdib. Bəzi məlumatlarda belə fikirlər səslənirdi ki, guya bu qırıcılar döyüş əməliyyatlarının yenidən başlaması vəziyyətində Azərbaycan Hərbi Hava Qüvvələrini məhv etməyə və Qarabağ səmasında üstünlüyü ələ almağa qadirdir. 

Rusiyanın qəhrəmanı, məşhur pilot Maqomet Talboyev hesab edir ki, “Su-30SM” qırıcısından Dağlıq Qarabağda istifadə etmək çətindir, çünki onlar Hava Hücumundan Müdafiə sistemləri tərəfindən asanlıqla aşkar edilir.

“Dağlıq şəraitdə bu təyyarələr “Su-25”lər kimi uğurlu ola bilməz. Zenit-raket kompleksləri onları əhatə edəcək. “Su-30SM” yalnız böyük hündürlükdə uğurlu ola bilər. Misal üçün, Suriyada onlar altı min metr hündürlükdən zərbələr endirir”, - rusiyalı pilot bildirib. 

Onun fikrincə, “Su-30SM” Azərbaycan Hava Hücumundan Müdafiə sistemlərinə qarşı istifadə edilmək üçün “bahalı oyuncaq”dır. 

“Belə bir qırıcı üç ədəd “Su-25” dəyərindədir. Təyyarə nə qədər bahadırsa, onun təmiri və fəaliyyəti də baha başa gəlir. Aviasiyada əsas gözəllik deyil, effektivlikdir”, - M.Talboyev deyib və əlavə edib ki, müasir döyüşlərdə uçuş heyətinin təhsili də çox vacibdir.

Rusiyalı pilot hesab edir ki, Ermənistanın yeni Rusiya təyyarələrini alması həddindən artıq yükdür, çünki Qarabağ müharibəsi zamanı bu tipli qırıcılar hücum üçün deyil, yalnız düşmən aviasiyasına qarşı istifadə edilə bilər.

“Ermənistanda onlarla “Su-27” qırıcısı var, ancaq müasir göstəricilərə görə bunlar köhnə mexaniki “traktorlar”dır. Yeni texnika lazımdır. Bunun əldə edilməsi üçün isə vəsait vacibdir ki, bu da Ermənistanda yoxdur”, - M.Talboyev əlavə edib. 

O qeyd edib ki, hazırda Rusiyada hər yeni təyyarənin hesabı aparılır, çünki ölkə özü yeni texnikalarla silahlanır.  

Namiq Həsənov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri