30 
Noy
2018
14:46
11
213
4842
Virtual karabakh

Lavrov ATƏT-də Qarabağ münaqişəsinin həllini müzakirə edəcək

30 Noy, 2018
14:46
4842

Lavrov ATƏT-də Qarabağ münaqişəsinin həllini müzakirə edəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya tərəfi dekabrın 6-7-də Minskdə keçiriləcək ATƏT-in XİN rəhbərlərinin görüşündə Dağlıq Qarabağ münaqişəsinin müzakirə ediləcəyini təsdiqləyib. 

Oxu.Az xəbər verir ki, bununla bağlı Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova jurnalistlərə açıqlamasında məlumat verib. 

“Rusiya XİN rəhbərliyinin ATƏT-dəki çıxışında Rusiyanı maraqlandıran məsələlərə toxunacaq”, - M.Zaxarova qeyd edib.

O əlavə edib ki, Qarabağ münaqişəsinin Milanda müzakirəsi digər formatlarda da mümkündür. 

“İkitərəfli görüşlər də olacaq. Həmin görüşlərdə bu məsələlər müzakirə olunacaq. Bu görüşlərdə münaqişələrin həlli ilə bağlı müəyyən təkliflər, addımlar da razılaşdırıla bilər”, - M.Zaxarova deyib. 

Onun sözlərinə görə, S.Lavrovun Milandakı görüşünün dəqiq qrafiki hazırlanır və bununla bağlı məlumat növbəti həftədə açıqlanacaq.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

 

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri