13 
Dek
2018
16:07
382
38
14952
Virtual karabakh

Dmitri Fetisov: Ermənilər Qarabağı Azərbaycana qaytarmağa hazırdırlar

13 Dek, 2018
16:07
14952

Dmitri Fetisov: Ermənilər Qarabağı Azərbaycana qaytarmağa hazırdırlar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistan baş nazirinin vəzifəsini icra edən Nikol Paşinyanın rəhbərlik etdiyi “Mənim addımım” blokunun parlament seçkilərində qələbə qazanması postsovet məkanı ekspertlərinin əsas müzakirə məsələrindən biridir.

Bir çox analitik bundan sonra Rusiya və Ermənistan arasındakı münasibətlərin necə inkişaf edəcəyini, eləcə də, Qarabağ münaqişəsinin həllinin hansı şərtlər altında və ümumiyyətlə, mümkün olacağını başa düşməyə çalışır. 

Rusiyalı politoloq Dmitri Fetisov Oxu.Az-a müsahibəsində bəyan edib ki, Qarabağ münaqişəsinin həlli Ermənistandan deyil, daha çox Azərbaycan və Rusiyadan asılıdır. 

- Bununla nəyi nəzərdə tutursunuz?

- Hesab edirəm ki, Paşinyan üçün bu mövzu (Qarabağ problemi – red.) böyük maraq doğurmur. Ermənistan hakimiyyətində olan “Qarabağ klanı”nın Qarabağ münaqişəsindən istifadə edərək, Ermənistanda xalqı cəbhə xəttində vəziyyətin gərginləşməsi ilə dəfələrlə qorxutduğunu xatırlayaq. Və bununla yanaşı, onun bu məsələni həll etməkdə maraqlı olmamasını qeyd edək. 

Bundan başqa, Ermənistan silahlı qüvvələrinə böyük pullar xərclənirdi. Bu vəsaitlərin hara xərcləndiyi isə hər kəsə məlumdur. Sabiq hakimiyyət üçün Qarabağ probleminin həlli lazım deyildi, bu məsələ daim istismar olunurdu. Və indi erməni ictimaiyyəti Qarabağ problemindən yorulub.

Ümumiyyətlə, demək olar ki, Ermənistanda sadə əhali Azərbaycana qarşı ərazi iddialarından imtina etməyə hazırdır.

Azərbaycan üçün Qarabağ məsələsi çox vacibdir. Və prezident İlham Əliyev də son illər problemin həllinə nail olmaq üçün kifayət qədər addımlar atıb. Rusiyanın buradakı mövqeyi də aydındır: Moskva hazırda regionda qaynar nöqtə istəmir. 

Hazırda belə bir vəziyyət yaranıb ki, bu məsələ Nikol Paşinyan üçün maraq kəsb etmir, Rusiya və Azərbaycan üçün isə bu, əksinədir. 

- Nikol Paşinyanın sərt ritorikasını necə anlayaq: qondarma “Dağlıq Qarabağ Respublikası” tərəfi Qarabağ münaqişəsinin həllində iştirak etməli, Qarabağla bağlı qərar xalq tərəfindən qəbul edilməlidir? Elə təəssürat yaranır ki, bütün bunlar danışıqlar prosesini illər əvvələ atıb və ümumiyyətlə o, dalana dirənib...

- Bəli, danışıqlar prosesi hansısa məqamda dalana dirənib. Və əgər əvvəlki hakimiyyətlə danışıqların gedişinə nəzər yetirsək, Bakının çox irəlilədiyini görə bilərik. Axı İlham Əliyevlə Serj Sarqsyan arasında torpaqların qaytarılması ilə bağlı konkret müzakirələr başlamışdı.

Ancaq indi mən Nikol Paşinyanın bəyanatlarına ciddiyə almazdım. Onun populist çıxışları fəaliyyəti ilə üst-üstə düşmür. O, nəyin bahasına olursa-olsun, reytinqini qorumalı idi. “Xalq dəstəyi” onda olan yeganə şeydir. Bununla yanaşı, Paşinyan Ermənistan üçün çox vacib olan hər hansı iqtisadi proqram təklif edə bilmir. 

Buna görə də Ermənistan baş naziri Qarabağla bağlı sərt ritorikasını yumşaldacaq. Və vəziyyətin inkişafını gözləmək olar. 

- Deməli, düşünürsünüz ki, Ermənistan Milli Məclisinə keçirilən seçkiləri və Nikol Paşinyanın bütün hakimiyyəti nəzarətində saxlaması, onun Qarabağ məsələsi ilə bağlı qeyri-populyar qərar verməsi asan olacaq? 

- Bax, burada məndə sual yaranır: Bu qərarları qeyri-populyar saymaq olarmı? Ermənistanın ciddi iqtisadi problemlərinə və daim maliyyə tələb edən Qarabağ faktoruna nəzər yetirmək lazımdır. 

Mən bu sualların təfərrüatını araşdırmışam. Məlum olub ki, əgər Nikol Paşinyan Qarabağı Azərbaycana qaytarsa, xalq onu dəstəkləyəcək. Və bu qərar populyar hesab edilə bilər. Paşinyan bu və ya digər formada nəsə göstərməlidir. Və Qarabağ probleminin həlli onun üçün yaxşı uğurdur. 

- Qarabağın qaytarılması deyərkən siz qondarma “Dağlıq Qarabağ Respublikası”nı, yoxsa yalnız Dağlıq Qarabağ ətrafındakı ərazilərin qaytarılmasını nəzərdə tutursunuz? 

- Əlbəttə, qondarma “Dağlıq Qarabağ Respublikası”nın qaytarılmasından danışmaq çətindir. Ancaq düşünürəm ki, ərazilərin qaytarılması prosesi başlayacaq. Bu danışıqlar çətin olacaq və çox vaxt aparacaq.

Nair Əliyev
www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri