18 
Dek
2018
16:06
479
24
6189
Virtual karabakh

Erməni baş leytenant səhvən öz həmkarını güllələdi

18 Dek, 2018
16:06
6189

Erməni baş leytenant səhvən öz həmkarını güllələdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistanda ehtiyatsızlıq səbəbindən güllə ilə yaralama faktı üzrə cinayət işi açılıb.

Oxu.Az News.am-a istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

İstintaq komitəsinin verdiyi məlumata görə, dekabrın 16-da Ermənistanın Müdafiə nazirliyinin N saylı hərbi hissəsinin baş leytenantı Q.M. silahla davranış qaydalarını pozaraq öz tabel silahından müqavilə əsasında xidmət göstərən Armen Arutyunyanı bud hissəsindən yaralayıb.

A.Arutyunyan hospitala yerləşdirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 373 maddəsinin 2-ci bəndi üzrə iş açılıb.   

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri