29 
Dek
2018
11:36
336
32
8667
Virtual karabakh

Zakir Həsənov cəbhə xəttində - FOTO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində Müdafiə Nazirliyinin rəhbər heyəti cəbhənin Füzuli istiqamətində yerləşən hərbi hissələrdə olub və şəxsi heyətlə görüşüb.

Bu barədə Oxu.Az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirliyin rəhbər heyəti aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edib, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsini hörmət və ehtiramla yad edib.

Сocuq Mərcanlı kənd məktəbində  müəllim və şagirdlərlə görüşən Müdafiə naziri general-polkovnik Zakir Həsənov onları qarşıdan gələn bayramlar münasibətilə təbrik edərək, məktəblilərə bayram hədiyyələri təqdim edib.

Ön xətdə döyüş növbəsi çəkən şəxsi heyətlə görüşən Müdafiə naziri müdafiənin dayanıqlığı, hərbi qulluqçuların döyüş və mənəvi-psixoloji hazırlığını yoxlayıb, komanda-müşahidə məntəqəsindən düşmən mövqelərini izləyib.

Çay süfrəsi arxasında əsgərlərlə söhbət etdikdən sonra Müdafiə naziri ön xətdə xidmət edən şəxsi heyətin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması ilə bağlı görülən işlərlə maraqlanıb və müvafiq tapşırıqlar verib.

Bayram münasibətilə şəxsi heyətə təbriklərini və ən xoş arzularını çatdıran general-polkovnik Z.Həsənov xidmətdə fərqlənən hərbi qulluqçuları mükafatlandıraraq, onlara qiymətli hədiyyələr təqdim edib.

Sonra Müdafiə naziri cəbhə bölgəsində yerləşən hərbi hospitalda müalicə alan hərbi qulluqçularla görüşərək onların səhhəti ilə maraqlanıb. Nazir hərbi qulluqçulara bayram sovqatları təqdim edib, onların tezliklə sağalaraq xidmət yerlərinə qayıtmalarını arzu edib.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri