17 
Yan
2019
14:16
55
72
5096
Virtual karabakh

Məhəmməd Baqeri Zakir Həsənovla danışıqlarda - FOTO

17 Yan, 2019
14:16
5096

Məhəmməd Baqeri Zakir Həsənovla danışıqlarda - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov yanvarın 17-də Azərbaycanda rəsmi səfərdə olan İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Məhəmməd Baqerinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, görüşdə iki gün ərzində işçi qruplarda aparılan danışıqların nəticələri müzakirə edilib və hərbi əməkdaşlığın digər istiqamətlərində münasibətlərin genişləndirilməsi ilə bağlı bir daha fikir mübadiləsi aparılıb.

Tərəflər icra edilən tədbirləri yüksək qiymətləndirərək bu cür qarşılıqlı səfərlərin keçirilməsinin vacibliyini xüsusi vurğulayıblar.

Qeyd edək ki, Z.Həsənov yanvarın 16-da da M.Baqeri ilə görüşüb. 

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri