31 
Yan
2019
13:29
256
40
4487
Virtual karabakh

Zakir Həsənov ön cəbhədə - FOTO/VİDEO

31 Yan, 2019
13:29
4487

Zakir Həsənov ön cəbhədə - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müdafiə Nazirliyinin rəhbər heyəti cəbhəboyu zonada yerləşən hərbi hissələrdə və döyüş mövqelərində olaraq şəxsi heyətlə görüşüb.

Bu barədə Oxu.Az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Döyüş növbəsi çəkən şəxsi heyətlə görüşən müdafiə naziri müdafiənin dayanıqlığını, hərbi qulluqçuların döyüş və mənəvi-psixoloji hazırlığını yoxlayıb, komanda-müşahidə məntəqəsindən düşmən mövqelərini izləyib.

General-polkovnik Zakir Həsənov ön xətt bölmələrində xidmət edən şəxsi heyətin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən işlərlə maraqlanıb və bu tədbirlərin daha da keyfiyyətlə yerinə yetirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.

Şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirən Müdafiə naziri xidmətdə fərqlənən bir qrup hərbi qulluqçunu mükafatlandırıb.

Sonda Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçularla çay süfrəsi arxasında söhbət aparıb.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri