14 
Fev
2019
10:58
229
23
1263
Virtual karabakh

Ermənistan ordusunda ağır cinayətlərin sayı artıb - Rəsmi hesabat

14 Fev, 2019
10:58
1263

Ermənistan ordusunda ağır cinayətlərin sayı artıb - Rəsmi hesabat

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistan ordusunda ağır cinayətlərin sayı 8,1 faiz artıb.

Newsarmenia.am saytının məlumatına görə, bunu Ermənistanın hərbi prokuroru Vaqe Arutyunyan Ermənistan Hərbi Prokurorluğunun 2018-ci il ərzində fəaliyyətinin yekunlarına həsr olunmuş müşavirəsində deyib. 

Onun sözlərinə görə, ötən il Ermənistan ordusunda 3525 hadisə qeydə alınıb ki, bunlardan 1140-ı cinayət hadisələridir. Hərbi prokuror bildirib ki, 2018-ci il ərzində orduda 43 xüsusilə ağır cinayət hadisəsi qeydə alınıb.

V.Arutyunyan əlavə edib ki, baş verən hadisələrdə 1173 hərbçi müxtəlif dərəcəli bədən xəsarəti alıb.

O, 2018-ci ildə orduda korrupsiya hallarının artdığını deyib.

“2018-ci ildə orduda 182 korrupsiya halı aşkar edilib ki, bu da 2017-ci il ilə müqayisədə, 66 faiz çoxdur. 173 halla bağlı cinayət işi başlanılıb. 86 nəfər barəsində başlamış 43 cinayət işi məhkəməyə göndərilib”, - hərbi prokuror qeyd edib. 

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri