20 
Fev
2019
10:56
15
259
1673
Virtual karabakh

Həmsədrlər Yerevanda

20 Fev, 2019
10:56
1673

Həmsədrlər Yerevanda

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ATƏT-in Minsk qrupunun həmsədrləri Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya) və Endryu Şefer (ABŞ) Yerevana səfər ediblər. 

“Sputnik Ermənistan”ın xəbərinə görə, bununla bağlı Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Həmsədrlər Yerevanda baş nazir Nikol Paşinyan və Ermənistanın XİN rəhbəri vəzifəsini icra edən Zöhrab Mnatsakanyanla görüşəcək. 

Bundan sonra həmsədrlər Azərbaycana yola düşəcək. 

Xatırladaq ki, fevralın 19-da ATƏT-in fəaliyyətdəki sədri, Slovakiya xarici işlər naziri Miroslav Layçak martın ortalarında Azərbaycan və Ermənistana səfər edəcəyini açıqlamışdı.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri