11 
Mar
2019
11:32
73
40
1522
Virtual karabakh

Azərbaycan NATO-nun Kodifikasiya Sisteminə qoşulur

11 Mar, 2019
11:32
1522

Azərbaycan NATO-nun Kodifikasiya Sisteminə qoşulur

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müdafiə Nazirliyində Azərbaycan Respublikasının NATO-nun Kodifikasiya Sisteminə (NKS) qoşulması ilə əlaqədar tanışlıq məqsədli görüş keçirilib.

Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb. 

Görüşdə ölkəmizdə səfərdə olan NATO Dəstək Agentliyinin mütəxəssisləri tərəfindən Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumlarının nümayəndələrinə NKS haqqında ətraflı məlumat verilib.

Müdafiə Nazirliyinin və digər aidiyyəti dövlət qurumlarının nümayəndələrinin birgə iştirakı ilə keçirilən tədbirlərdə sistemin təqdimatı keçirilib, həmçinin onun faydaları, qoşulma prosedurları və digər məsələlər ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, NATO Kodifikasiya (Təsnifat) Sistemi (NKS) tədarük olunan malların təsnifatı və nömrələnməsi məqsədilə aparılan standartlaşdırma barədə müqavilədir. Təkrar (dövri) olaraq istifadə olunan və anbarlarda saxlanılan məhsullara aiddir (məsələn, ehtiyat hissələri, ləvazimatlar, ərzaq  və s). 

Müqavilə NATO-nun bütün üzv dövlətləri, həmçinin, bəzi qeyri-NATO dövlətləri tərəfindən imzalanıb. Sistemin yaratdığı unikal identifikasiya imkanı mallarla bağlı məlumatların anlaşılmasını və paylaşdırılmasını asanlaşdırır.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri