18 
Mar
2019
00:41
189
17
2238
Virtual karabakh

Bütün hərbi hissələrdə “Açıq qapı” günü keçirilib - FOTO

18 Mar, 2019
00:41
2238

Bütün hərbi hissələrdə “Açıq qapı” günü keçirilib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Martın 17-də  hərbi qulluqçuların valideynləri və yaxınları üçün “Açıq qapı” günü keçirilib.

Müdafiə Nazirliyinin məlumatına görə, Novruz bayramı ərəfəsində Azərbaycan Ordusunun tabeçiliyində olan bütün hərbi hissələrdə keçirilən tədbirlərdə qonaqlar şəxsi heyət üçün yaradılan yaşayış, məişət şəraiti ilə tanış olub, xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalara baş çəkiblər.

“Açıq qapı” günündə hərbi hissələrin komandanlığının valideynlərlə təşkil olunan görüşlərində, onları maraqlandıran məsələlərin müzakirəsi aparılıb, sualları cavablandırılıb.

Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin, Gəncə Qarnizonu Zabitlər Evinin, eləcə də digər incəsənət kollektivlərinin, tanınmış müğənnilərin iştirakı ilə təqdim edilən konsert proqramlarından sonra hərbçilər və qonaqlar üçün bayram süfrələri təşkil olunub.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri