19 
Mar
2019
14:17
49
226
1643
Virtual karabakh

Millət vəkili: Paşinyan ordumuzun gücünü qiymətləndirə bilmir

19 Mar, 2019
14:17
1643

Millət vəkili: Paşinyan ordumuzun gücünü qiymətləndirə bilmir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistan hələ də Azərbaycan torpaqlarını işğalı nəticəsində yaranan problemlə bağlı danışıqlardan yayınır. Ortaya uydurulmuş arqumentlər gətirməklə dünya ictimaiyyətini çaşdırmağa çalışır.

Bu fikirləri Oxu.Az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib. 

“Hakimiyyət dəyişikliyi belə bir fikir formalaşmasına səbəb oldu ki, Ermənistanın yeni hakimiyyəti işğal faktorunu durdurar, məsələni beynəlxalq hüquq səviyyəsində həll etməyə çalışar. Ancaq təəssüf ki, Nikol Paşinyan Sarqsyan rejiminin siyasətini davam etdirmək istəyini ortaya qoydu”, - deyən millət vəkili sözlərinə təxribatlardan danışıb. 

Deputatın sözlərinə görə, Paşinyan hakimiyyətinin danışıqlar formatının dəyişdirilməsi ilə bağlı təklifləri, eyni zamanda bir-birinin ardınca Azərbaycana qarşı təxribatlara əl atması Dağlıq Qarabağ probleminin həllini çətinləşdirməyə başlayıb:

“Dövlət idarəçiliyindən xəbərsiz olan bu insan eyni zamanda ordu quruculuğu məsələlərində də kifayət qədər təcrübəsizdir və o, Azərbaycan Silahlı Qüvvələrinin gücünü qiymətləndirə bilmir. Bu gün Azərbaycan ordusu müasir silahlarla silahlanıb, Ermənistan mövqelərini darmadağın etməyə qadirdir. Bu baxımdan problemin həlli uzandıqca məsələnin hərb yolu ilə həlli variantı daha da güclənir”. 

A.Mirzəzadə qeyd edib ki, Ermənistan danışıqlarda imitasiya etmək yolunu tutarsa, əlbəttə ki, bu zaman Azərbaycan çox ciddi surətdə məsələnin hərb yolu ilə həlli barədə düşünəcək. 

“Üç il bundan əvvəlki hadisələr göstərdi ki, bu məsələdə Azərbaycanın həm gücü, həm də siyasi iradəsi var”, - deyə Aydın Mirzəzadə sözünü yekunlaşdırıb.

Samir İsayev

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri