20 
Mar
2019
17:16
320
61
4794
Virtual karabakh

Zakir Həsənov hospitalda - FOTO

20 Mar, 2019
17:16
4794

Zakir Həsənov hospitalda - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Martın 20-də Müdafiə Nazirliyinin rəhbər heyəti Novruz bayramı münasibətilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, əvvəlcə ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub və xatirəsinə ehtiram ifadə edilib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov hospitalda müalicə alan şəxsi heyətlə görüşərək onların səhhəti ilə maraqlanıb.

Bayram münasibətilə hərbi qulluqçuları təbrik edən müdafiə naziri onlara sovqatlar təqdim edib və tezliklə sağalaraq xidmət yerlərinə qayıtmalarını arzulayıb.

Tibb heyəti ilə görüşən nazir hospitalın kollektivini bayram münasibətilə təbrik edib, uğurlar diləyib və müvafiq tapşırıqlar verib.

Görüşün sonunda müdafiə nazirinin əmri ilə hospitalın rəisi tibb xidməti polkovniki Tofiq Tağıyev “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal ilə təltif edilib.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri