23 
Mar
2019
10:17
815
44
6594
Virtual karabakh

Azərbaycan hərbçiləri Pakistanda hərbi paradda - FOTO

23 Mar, 2019
10:17
6594

Azərbaycan hərbçiləri Pakistanda hərbi paradda - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün İslamabad şəhərində Pakistan Silahlı Qüvvələrinin hərbi paradı keçirilib.

AzeriDefence”nin məlumatına görə, paradda Pakistan Ordusunun bölmələri ilə yanaşı Azərbaycan Ordusunun bir piyada bölməsi ayrıca kalonla tribuna önündən keçib.

Azərbaycan Ordusunun hərbçiləri tribuna önündən keçərkən Pakistan dövlət rəhbərliyi ayağa qalxaraq heyəti salamlayıb. Paradın aparıcısı Azərbaycan dilində “Yaşasın Azərbaycan! Yaşasın Azərbaycan - Pakistan dostluğu!” ifadələri ilə ordumuzun hərbçilərini təqdim edib.

Azərbaycan Ordusunun paraşütçüləri isə havada Azərbaycan və Pakistan bayraqlarını açıblar.

Paradda müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri