10 
Apr
2019
16:48
58
237
2903
Virtual karabakh

Rusiya Azərbaycana yeni hərbi attaşe təyin etdi

10 Apr, 2019
16:48
2903

Rusiya Azərbaycana yeni hərbi attaşe təyin etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aprelin 10-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov ilə görüşüb.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Görüşdə Azərbaycan ilə Rusiya arasında hərbi, hərbi təhsil, hərbi tibb və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, o cümlədən Azərbaycan Ordusunun döyüş qabiliyyətini gücləndirəcək yeni hərbi-texniki layihələr müzakirə olunub.

Tərəflər iki ölkənin Müdafiə nazirliklərinin nümayəndə heyətləri arasında işçi görüşlərin təşkili, birgə hərbi təlimlərin keçirilməsi, Xəzər dənizində iki ölkənin hərbi gəmilərinin qarşılıqlı səfərlərinin davam etdirilməsi və digər məsələlər barədə fikir mübadiləsi aparıblar.

Səfir Rusiyanın Azərbaycanda yeni təyin olunan hərbi attaşesi polkovnik Andrey Aleksensevi general-polkovnik Z.Həsənova təqdim edib.

Müdafiə naziri yeni təyin olunan hərbi attaşeni ölkəmizdə fəaliyyətə başlaması münasibətilə təbrik edib və Azərbaycan ilə Rusiya arasında hərbi əməkdaşlığın genişləndirilməsi sahəsində uğurlar arzulayıb.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri