17 
Apr
2019
09:20
296
34
6043
Virtual karabakh

Elçin Quliyev Ermənistanla sərhədə getdi - FOTO

17 Apr, 2019
09:20
6043

Elçin Quliyev Ermənistanla sərhədə getdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” sərhəd dəstəsinin Ermənistanla dövlət sərhədində yerləşən sərhəd döyüş məntəqələrinin xidməti-döyüş fəaliyyətini yoxlayıb.

DSX Mətbuat Mərkəzindən verilən məlumata görə, o, “Qazax” sərhəd dəstəsinin xidməti ərazisindəki əməliyyat şəraiti, müdafiə mövqelərinin möhkəmləndirilməsi, mühəndis-istehkam tədbirlərinin gücləndirilməsi üzrə tapşırıqların icra vəziyyəti haqqında məruzələri dinləyib.       

E.Quliyev dövlət sərhədində müasir sərhəd mühafizə infrastrukturunun formalaşdırılması, sərhəd döyüş məntəqələrində yeni xidməti binaların inşa edilməsi, yeni yolların salınması, sənaye işığının və qaz xətlərinin çəkilməsi məqsədilə görülən işlərə baxış keçirib, bu fəaliyyətin gücləndirilməsi üzrə göstərişlər verib.            

Sərhəd döyüş məntəqələrində tikinti-inşaat işlərinin görülməsində fərqləndiklərinə görə Dövlət Sərhəd Xidmətinin rəisi tərəfindən “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı ilə təltif edilmiş yerli sakinlər Anar Dünyamalıyevə, Səfərəli Abışova, Hüseyn Şahverdiyevə və Zaur Yusifova medallar təqdim olunub.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri