18 
Apr
2019
15:38
17
189
1779
Virtual karabakh

Lavrov ATƏT-in baş katibi ilə Qarabağı müzakirə edəcək

18 Apr, 2019
15:38
1779

Lavrov ATƏT-in baş katibi ilə Qarabağı müzakirə edəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya xarici işlər naziri Sergey Lavrov və ATƏT-in baş katibi Tomas Qreminqer növbəti həftə Moskvada keçirəcəkləri görüşdə Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə edəcəklər. 

EADaily” portalının məlumatına görə, bununla bağlı Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqndə məlumat verib. 

Onun sözlərinə görə, görüş hər il Moskvada keçirilən beynəlxalq təhlükəsizlik üzrə konfrans çərçivəsində, aprelin 24-də keçiriləcək. 

Xatırladaq ki, aprelin 15-də Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Rusiya XİN başçısının və Minsk qrupu həmsədrlərinin iştirakı ilə görüşü keçirilib

Görüş zamanı Azərbaycan və Ermənistan XİN rəhbərləri Dağlıq Qarabağ münaqişəsini siyasi və diplomatik yollarla həll etmək üçün səylərini davam etdirmək niyyətini təsdiqləyiblər. Münaqişə bölgəsində vəziyyətin xüsusilə də kənd təsərrüfatı işi zamanı daha da sabitləşməsinə diqqət çəkilib.

Onlar tərəflərin ərazisində həbsdə olan şəxslərin yaxınları ilə görüşməsinə şərait yaradılması ilə bağlı qarşılıqlı razılaşma əldə ediblər. Nazirlər insanlar arasında əlaqələrin qurulması, o cümlədən, KİV nümayəndələrinin qarşılıqlı səfərləri ilə bağlı praktiki işə başlamağa hazır olduqlarını bildiriblər.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri