22 
Apr
2019
20:00
33
516
5647
Virtual karabakh

Paşinyan: Qarabağ məsələsini mən deyil, erməni xalqı həll etməlidir

22 Apr, 2019
20:00
5647

Paşinyan: Qarabağ məsələsini mən deyil, erməni xalqı həll etməlidir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Biz özümüz üçün Qarabağ məsələsinin dəqiq həll yolunu müəyyən etsək qalan formullar asanlıqla həllini tapacaq”.

“Novosti Armeniya”nın məlumatına  görə, bu fikirləri Ermənistanın baş naziri Nikol Paşinyan səsləndirib.

“Ən qəribəsi budur ki, bizim bu mövzuyla əlaqədar ictimai müzakirələrimiz olmayıb.Mən yeni baş nazir keçəndə bir çoxları müsahibə verirdilər, kim haranı satıb, kimlərsə satqınlıq edib və s. Lakin heç kim demirdi ki, mən danışıqlara gedən zaman mənim arxamca belə söhbətlər niyə gedir? Bu gün erməni xalqı baş nazirə demir ki, get  danışıqlara gir və sənə verilən təlimatları əzbərləyib o qaydada həll et. Buna görə də müxtəlif söz-söhbətlər gəzir”.

Paşinyan bildirib ki, Qarabağ məsələsinin həllinə dair onun öz görüşləri var, bununla belə bu məsələdə erməni xalqının da rəyi mühüm rol oynayır:

“Qarabağ məsələsini xalq həll etməldir, hər hansı hökumət və ya baş nazir yox”.

 

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri