25 
Apr
2019
22:03
33
187
2123
Virtual karabakh

Yevlaxda zibillikdən əl qumbarası və partladıcı tapılıb - FOTO

25 Apr, 2019
22:03
2123

Yevlaxda zibillikdən əl qumbarası və partladıcı tapılıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aprelin 25-də saat 12:46-da Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzi Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Yevlax rayonunun Qaraoğlan kəndində bir ədəd əl qumbarasının tapılması barədə məlumat daxil olub.

ANAMA-dan Oxu.Az-a bildirilib ki, agentliyin mütəxəssisləri və rayon polis şöbəsinin əməkdaşları qeyd olunmuş ərazidə məişət tullantıları sahəsinə baxış keçiriblər. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən əhatəyə alınıb. 

Aparılan axtarış tədbirləri nəticəsində bir ədəd F-1 əl qumbarası və bir ədəd UZRQM partladıcısı aşkarlanıb. Həmin sursat zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Qumbaranın və partladıcının ətrafında 200 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri