May
2019
01:32
21
147
1819
Virtual karabakh

Lənkəranda dəniz kənarında tank əleyhinə mina tapılıb - FOTO

3 May, 2019
01:32
1819

Lənkəranda dəniz kənarında tank əleyhinə mina tapılıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Lənkəran şəhərində tank əleyhinə mina aşkar olunub.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Dövlət Agentliyinin (ANAMA) mətbuat xidmətindən  verilən məlumata görə, mayın 2-də saat 12:21-də Dövlət Sərhəd Xidmətindən Agentliyə Lənkəran şəhəri, Liman qəsəbəsi ərazisində 1 ədəd minanın tapılması barədə məlumat daxil olub.

Qeyd olunmuş ərazidə dəniz sahilinə baxış keçirilib. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili tədbirlər nəticəsində 1 ədəd tank əleyhinə mina (TM-62M) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Tank əleyhinə minanın ətrafında 1,000 kv.m əraziyə yerüstü, 50 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri