May
2019
04:55
29
117
1993
Virtual karabakh

Ağstafada iki “Qrad” raketi tapılıb

4 May, 2019
04:55
1993

Ağstafada iki “Qrad” raketi tapılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Ağstafa rayonunda əməliyyat keçirib.
 
Oxu.Az xəbər verir ki, Agentliyə rayonun Poylu qəsəbəsi ərazisində 2 ədəd mərminin tapılması barədə məlumatlar daxil olub.
 
ANAMA-nın xüsusi mobil çevik əməliyyat qrupu, Daxili İşlər Nazirliyinin Ağstafa rayon Polis Şöbəsinin əməkdaşları ilə birlikdə dərhal həmin əraziyə gəlib, 1 ev və həyətyanı sahəyə baxış keçiriblər.
 
Aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 2 ədəd “Qrad” qurğusu ücün raket (122 mm-lik “9M22U”) aşkar olunub.
 
Raketlər Agentliyin poliqonunda məhv edilib.  

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri