May
2019
12:40
348
35
2992
Virtual karabakh

Ağdamda ermənilərin atəşi nəticəsində zərər görmüş evlər bərpa olunur - VİDEO

5 May, 2019
12:40
2992

Ağdamda ermənilərin atəşi nəticəsində zərər görmüş evlər bərpa olunur - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ağdam rayonunda düşmən atəşi nəticəsində zərər görmüş evlər bərpa olunur.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, 20 evdə son tamamlanma işləri aparılır.

Ümumilikdə bu günədək 109 evin dam örtüyü dəyişdirilib. Bərpa işlərinə 450 nəfər yerli sakin cəlb edilib. Bərpa işlərinin bu ayın sonunadək başa çatdırılacağı nəzərdə tutulur.

Qeyd edək ki, Ağdam rayonunun erməni silahlı birləşmələri ilə təmas xəttinə yaxın 19 yaşayış məntəqəsində mülki əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 121 fərdi yaşayış evinin bərpası üçün Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Ağdam Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri