27 
May
2019
16:46
70
141
17670
Virtual karabakh

Hərbi operator Qarabağ müharibəsi ilə bağlı nadir kadrlar yaydı - VİDEO

27 May, 2019
16:46
17670

Hərbi operator Qarabağ müharibəsi ilə bağlı nadir kadrlar yaydı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Real” televiziyasında yayımlanan “Mirşahinin vaxtı” verilişində Qarabağ müharibəsini əks etdirən nadir kadrlar yayımlanıb.

Kadrları müharibənin canlı şahidi, hərbi operator İlham Ələkbərov təqdim edib.

Əvvəlcə 1992-ci il Laçının işğalından sonra Bakıya gələn qaçqınların acınacaqlı həyatı nümayiş olunub. O dövr ki, Ayaz Mütəllibov istefa vermişdi, Müsavat-AXC cütlüyü hakimiyyətə gəlmişdi.

İ.Ələkbərov kadrların (4:05-ci saniyədən) tarixçəsindən danışaraq deyib ki, çəkdiklərini efirə verməyə icazə verməyiblər. 

“1992-ci il idi. Azərbaycan Televiziyasından çıxırdım. Gördüm TV-nin qarşısında səs-küy var. Yaxınlaşdım, məlum oldu ki, Laçın qaçqınlarıdır. Onlar narazılıq edirdi ki, hər dəfə gəlirlər, bizi çəkirlər, amma efirə müxtəlif bəhanələrlə vermirlər. 

Onlarla birlikdə yaşadıqları yerə getdim. Tövlədə yaşayırdılar. Gördüm Almaniyadan bir TV orada çəkiliş edir. Pis oldum ki, niyə bizim hakimiyyət (1992-ci ildəki hakimiyyət) öz millətimizin problemini işıqlandırmır, amma hansısa xarici dövlət gəlib çəkir, efirə verir”. 

Hərbi operator əsgərlərin həmin dövrdə günlərlə ac qaldıqlarını bildirib və bunları sübut etmək üçün kadrlar da təqdim edib.

İ.Ələkbərov deyib ki, hərbçilər təcrübəsizlikdən açıq havada dayanıblar, bu isə düşmən üçün əlverişli şərait yaradıb. O, Ağdərə səfəri zamanı bunun şahidi olub. 

Bundan başqa, hərbi operatorun sözlərinə görə, həmin dövrdə ordu rəhbərliyindən (həmin dövrdə Müdafiə naziri Rəhim Qazıyev idi – red.) heç kim orada olmayıb, əsgərlərin bir komandiri belə başlarının üstündə dayanmayıb. 

“Mənim müharibədən çəkdiyim kadrların heç birində bir komandir belə yox idi. Bilinmirdi ki, hansı silahlı qüvvələrdir, hansı könüllü dəstədir. Elçibəy hakimiyyəti illərində mənim çəkdiyim kadrlara baxsaydılar, bəlkə, torpaqlarımızı itirməzdik. Heç kim baxmadı, maraqlanmadı. Çəkdiyim kadrların hamısı özümdə qaldı, efirə verməyə də qoymadılar”.

Daha sonra verilişdə həmin illərdə hərbçilərin durumunu əks etdirən kadrlar yayımlanıb (12:11 saniyədən).

Görüntülərdən bəlli olur ki, hərbçilərdən biri düşmən atəşi nəticəsində yaralanır, lakin ona müdaxilə üçün bir həkim tapılmır. Nəinki həkim, heç bir tibbi ləvazimat belə olmur.

Videogörüntülərdən bəziləri isə Kəlbəcər rayonunda çəkilib.

Həmin kadrların efirə verildiyi verilişi təqdim edirik:

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri