30 
May
2019
02:30
111
23
2004
Virtual karabakh

Qazaxda 2 ədəd tank əleyhinə mina aşkar olunub

30 May, 2019
02:30
2004

Qazaxda 2 ədəd tank əleyhinə mina aşkar olunub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qazax rayonunda 2 ədəd tank əleyhinə mina tapılıb.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA)  verilən məlumata görə, mayın 29-da aat 08:30-da Dövlət Sərhəd Xidmətindən Agentliyə Qazax rayonu, Kəmərli kəndi ərazisində 1 ədəd minanın tapılması barədə məlumat daxil olub.

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri vəAnchorAnchor Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə otlaq sahəsinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 2 ədəd tank əleyhinə mina (TM-62M) aşkar olunub, üzərində partladıcıları olduğuna görə partlayış yolu ilə yerində zərərsizləşdirilib.

Minaların ətrafında 10 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri