30 
May
2019
14:36
257
22
4090
Virtual karabakh

Fransa məhkəməsi ermənilərə zərbə vurdu - Merə qarşı rəsmi ittiham

30 May, 2019
14:36
4090

Fransa məhkəməsi ermənilərə zərbə vurdu - Merə qarşı rəsmi ittiham

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fransanın Val-d'Oise departamentinin Cergy-Pontoise inzibati məhkəməsi Arnovil meri və Qarabağ separatçıları arasında bağlanan “dostluq xartiyası”nın ləğvi ilə bağlı qərar çıxarıb. 

Actu.fr portalının məlumatına görə, bu qərarla Arnovil merinə qarşı Fransa hökuməti tərəfindən ölkənin regionları ilə əməkdaşlığa dair qanunun pozulması maddəsi ilə ittiham irəli sürülüb və o, təqsirli bilinib.

Xatırladaq ki, Fransa Dağlıq Qarabağ münaqişəsi üzrə ATƏT-in Minsk qrupunun üzvüdür. 

“Dostluq xartiyası” 2018-ci ilin oktyabrında Arnovil meri Paskal Doll və Azərbaycanın işğal altındakı Xocavənd rayonu Şeher yaşayış məntəqəsindəki separatçıların rəhbəri Mxitar Manqasaryan arasında bağlanmışdı. 

Bundan sonra Azərbaycan Xarici İşlər Nazirliyi Fransanın Bakıdakı səfirliyinə rəsmi şəkildə etiraz bildirmiş və səfir XİN-ə çağırılmışdı. 

Samir İsayev

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri