30 
May
2019
22:44
160
337
6763
Virtual karabakh

119 türk hərbçisi ömürlük həbs cəzasına məhkum edildi

30 May, 2019
22:44
6763

119 türk hərbçisi ömürlük həbs cəzasına məhkum edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ankara məhkəməsi bu gün 2016-cı ilin iyulunda dövlət çevrilişinə cəhd edən 119 türk hərbçisinə ömürlük həbs cəzası verdi.

Bu barədə NTV telekanalı məlumat verir.

Saxlanılanlar arasında paytaxtın təhlükəsizlik idarəsi, parlament binası və kəşfiyyat xidməti binasına bomba atan hərbi pilotlar da var. Silahlı Qüvvələrin sabiq Baş Qərargah rəisi Hulusi Akara ilə əlbir olan eks-polkovnik Uğur Kaptana 29 dəfə ömürlük və ya başqa sözlə 3,9 min il müddətində həbs cəzası verilib.

15 iyul 2016-cı ildə Türkiyə Silahlı Qüvvələrinin əsgər və zabitləri dövlət çevrilişinə və R.T.Ərdoğanın devrilməsinə cəhd ediblər. Əsas qarşıdurma İstanbulda və Ankarada baş tutub, 250 nəfər ölüb, 2 mindən çox insan yaralanıb.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri