İyn
2019
14:39
998
31
5920
Virtual karabakh

Azərbaycanlı əsirlərə işgəncə vermiş erməni general komaya düşdü

6 İyn, 2019
14:39
5920

Azərbaycanlı əsirlərə işgəncə vermiş erməni general komaya düşdü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistanda istintaq təcridxanasında saxlanılan sabiq deputat, general Manvel Qriqoryanın vəziyyəti ötən gecə qəflətən pisləşib.

News Armenia” xəbər verir ki, o, yerləşdirildiyi şəhər xəstəxanasında koma vəziyyətindədir.

M.Qriqoryana qarşı cinayət işi çərçivəsində iyunun 4-də keçirilməli olan məhkəmə iclası onun səhhətində yaranmış problemlə əlaqədar iştirak etməməsi səbəbindən təxirə salınıb.

Vəkili M.Qriqoryanın səhhətinin ona qarşı kobud rəftar və işgəncə verilməsi səbəbindən pisləşdiyini iddia edib:

“Onun həyatı təhlükədədir, lakin gözləyirlər ki, ölsün və bundan sonra günahkar axtarmağa başlasınlar. Təəssüf ki, Ermənistanda belə “mədəniyyət” olub və hələ də qalır”.

Xatırladaq ki, ötən il iyunun 19-da M.Qriqoryan qanunsuz silah-sursat saxlamaq və iri məbləğdə vəsaiti mənimsəməkdə ittiham olunaraq həbs edilmişdi. Dekabrda birinci instansiya məhkəməsi girov müqabilində azadlığa buraxılması barədə qərar versə də, Qriqoryan sonradan yenidən həbsə atılmışdı.

Qeyd edək ki, Ermənistan müdafiə nazirinin sabiq müavini M.Qriqoryan Azərbaycanın Cəbrayıl və Füzuli rayonlarının işğalı istiqamətində aparılan əməliyyatlar zamanı azərbaycanlı əsirlərə qarşı xüsusi amansız rəftarı ilə seçilib. Həmçinin o, azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin güllələnməsi təklifini irəli sürmüşdü.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri