İyn
2019
01:47
23
276
5851
Virtual karabakh

Ekspert: Ermənistanın silahlandırılması regionun bütün ölkələrinə qarşı yönəlib

8 İyn, 2019
01:47
5851

Ekspert: Ermənistanın silahlandırılması regionun bütün ölkələrinə qarşı yönəlib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Ermənistana silah verməsi ilə bağlı informasiyalar təəccüb doğurmur. Əksinə, bu, təəssüf doğuracaq haldır.

Bu fikirləri Oxu.Az-a açıqlamasında hərbi ekspert Ramil Məmmədli Ermənistan Baş naziri Nikol Paşinyanın Rusiya prezidenti Vladimir Putinlə görüşündən sonra səsləndirdiyi fikirləri şərh edərkən deyib. 

Paşinyan bildirib ki, Peterburqda keçirilən Beynəlxalq İqtisadi Forum çərçivəsində baş tutan görüşdə tərəflər yeni silahların tədarükü məsələsini müzakirə edib.

Ekspertin fikrincə, bölgədə balansın saxlanılması adı altında Ermənistana külli miqdarda hərbi texnika, silah və sursat verilir:

“Ümumiyyətlə, Rusiya və Ermənistanın hərbi texniki əməkdaşlığı ilə bağlı çoxlu faktlar irəli sürmək olar. Təkcə 2016-cı ildən bu günə olan statistik göstəricilərə əsasən, Ermənistan Rusiyadan 100 milyon dollardan artıq məbləğdə hərbi texnika, silah və sursat alıb. 

Bundan başqa, ötən ilin sonlarında Rusiya ilə Ermənistan arasında əldə olunan sazişə əsasən, Rusiya Su-30SM təyyarələrinin Ermənistana verilməsinə razılıq verib. Artıq bununla bağlı ilkin saziş də imzalanıb. Təkcə ona görə ki, Rusiya ATƏT-in Minsk qrupunun həmsədrlərindən, Dağlıq Qarabağ münaqişəsinin həllində rol alan ölkələrdən biridir”. 

R.Məmmədlinin sözlərinə görə, bu məsələnin Dağlıq Qarabağ münaqişəsinə təsiri, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında bizim ölkəmizə yarada biləcəyi maneələr haqqında danışanda, əlbəttə, konkret bir faktı irəli sürmək lazımdır ki, Azərbaycan öz maddi imkanları hesabına öz hərbi imkanlarını, Silahlı Qüvvələrinin maddi-texniki bazasını gücləndirir.

“Ermənistan isə hərbi texnikanın, silah və sursatın böyük əksəriyyətini Rusiyadan müəyyən kredit yolu ilə əldə edir və ya Moskvadan bunu hədiyyə olaraq qəbul edir. Rusiyada bu faktlar, Ermənistana edilən bu yardım balanslı siyasətin qolu olaraq göstərilir. 

Kremldə belə düşünürlər ki, güclü Azərbaycan ordusunun qarşısında Ermənistanı silahlandırmaqla, gücləndirməklə, bu şəkildə separatçılara dəstək verməklə balansı qoruyub-saxlaya biləcəklər. Ermənilərin hərbi texnika ilə təmin olunması məhz bu balans siyasətinin tərkib hissəsidir”, - o bildirib. 

R.Məmmədli əlavə edib ki, Ermənistanın silahlandırılması nəinki Azərbaycana, həm Türkiyəyə, həm Gürcüstana, həm də vəziyyət gərginləşərsə, İrana qarşı yönəlib:

“Yəni Ermənistanın silahlandırılması Dağlıq Qarabağ münaqişəsi ilə yanaşı, bütün regionda gərginliyin qalmasına gətirib-çıxarır”. 

Samir İsayev

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri