18 
İyn
2019
17:31
219
30
4548
Virtual karabakh

Paşinyan Aprel döyüşlərinin məğlub generallarını orduya qaytarır

18 İyn, 2019
17:31
4548

Paşinyan Aprel döyüşlərinin məğlub generallarını orduya qaytarır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistanın baş naziri Nikol Paşinyan 2016-cı ildə Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşan Aprel döyüşlərindən sonra o zamankı Ermənistan prezidenti Serj Sarqsyan tərəfindən istefaya göndərilən generalları geri çağırır.

Bununla bağlı Ermənistanın “Jamanak” nəşri məlumat yayıb.

Bildirilib ki, ilk olaraq, N.Paşinyan Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının kəşfiyyat idarəsinin sabiq rəisi, general-mayor Arşak Karapetyanı özünə müşavir təyin edib.

Bu gün isə növbəti sərəncamla Aprel döyüşləri zamanı Ermənistan SQ-nin rabitə və avtomatlaşdırılmış idarəetmə sisteminin rəhbəri, general-mayor Komitas Muradyan yenidən ordu sıralarına qaytarılıb.

Aprel döyüşlərində vəzifəsindən azad edilən digər general, o dövrdə texniki təminat bölməsinin rəhbəri olan Alik Mirzabekyanın da yenidən vəzifəyə qaytarılacağı bildirilib.

Xatırladaq ki, 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu Azərbaycan mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən güclü artilleriya atəşinə məruz qalıb.

Azərbaycan Ordusunun cavab tədbirləri nəticəsində Talış kəndi ətrafındakı yüksəkliklər, strateji əhəmiyyətli Lələ Təpə yüksəkliyi ələ keçirilib.

Dördgünlük döyüşlərdə ermənilərə məxsus 30 tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, düşmənin 320 hərbçisi öldürülüb, 500-dən artıq hərbçisi isə yaralanıb.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri