18 
İyn
2019
17:38
407
55
13880
Virtual karabakh

Azərbaycan Ermənistan ordusunun təlimlərini nəzarətə götürdü, görüntü yaydı - VİDEO

18 İyn, 2019
17:38
13880

Azərbaycan Ermənistan ordusunun təlimlərini nəzarətə götürdü, görüntü yaydı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İşğal edilmiş Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin iyunun 17-də başladığı “geniş miqyaslı” hərbi təlimlər Ordumuzun ön xətt bölmələri tərəfindən xüsusi müşahidə vasitələri və cihazları ilə ciddi izlənilir və tam nəzarətdə saxlanılır.

Bununla bağlı Müdafiə Nazirliyinin məlumatında deyilir.

Məlumatda bildirilir ki, dəfələrlə olduğu kimi, qarşı tərəf bu dəfə də cüzi sayda şəxsi heyət və texnikanı cəlb etməklə keçirdiyi məşğələni “geniş miqyaslı” təlim kimi təqdim etməyə çalışır:

“Düşmən tərəfinin təlimlərə guya 10 min şəxsi heyət və çoxlu sayda döyüş texnikası cəlb etməsi barədə yaydığı məlumatın tam əksinə olaraq təqdim edilən videodan da görünür ki, ermənilər həmişə olduğu kimi yenə də özünəməxsus saxtakarlıq etməklə öz ictimaiyyətini aldadırlar”.

 

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri